Lavrov: “Ermənistan Rusiya silahları ilə Azərbaycanın 7 rayonunu işğal edib”

Ermənistan Qarabağ münaqişəsi zamanı Rusiya silahlarından Azərbaycanın 7 mübahisəsiz rayonunu ələ keçirmək üçün istifadə edib.
TNS TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Jurnalistin Bakının Qarabağ münaqişəsi zamanı Rusiya silahlarından istifadə etməsi ilə bağlı açıqlamasına cavab olaraq Lavrov Ermənistanın da bu silahlardan istifadə etdiyini və Azərbaycanın 7 mübahisəsiz rayonunu ələ keçirdiyini vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, Ermənistanın ilk liderlərindən heç biri “Dağlıq Qarabağ”ın müstəqil qurum kimi tanınmasını təklif etməyib və orada istehkamlar və döyüş xətləri tikmək planı bu ərazilərin Azərbaycana qaytarılmasının ümumiyyətlə planlaşdırılmadığını göstərib.