Close

"O pulları kimsə cibinə qoymaq istəyirsə..." - SƏRT AÇIQLAMA - VİDEO

“Dövlət büdcəsi kifayət qədər yüksəkdir. Ayrı-ayrı problemlərin həll olunması üçün dövlət büdcəsindən kifayər qədər vəsait ayrılır. Sonra məlum olur ki, bir çox vəsaitlər təyinatı üzrə xərclənməyib, xərclər və satınalmalar şişirdilib, xərclərin təyinatı dəyişdirilib”.

Bunu Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev TNS TV-yə müsahibəsində deyib.

Deputat bildirib ki, Hesablama Palatası nöqsanları aşkara çıxarır, tövsiyələrini verir, ancaq nöqsanlara yol verən vəzifəli şəxslə bağlı məlumat yoxdur. Bununla bağlı daha şəffaf yanaşmalara ehtiyac var.

Ətraflı videoda: