Close

"Paşinyan İlham Əliyev icazə verdiyi qədər..."

Paşinyan İlham Əliyevin ona icazə verdiyi qədər qərar verir. Məsələn, velosiped sürmək və yemək qalıqlarından soğanlı omlet hazırlamaq. Qalan hər şey Bakıda həll edilir.

TNS xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində Ermənistan blokundan olan deputat Artur Xaçatryan bildirib.

O, Paşinyanın Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılacağı ilə bağlı bəyanatına toxunaraq deyib: "İstiqlal Bəyannaməsi dövlətimizin yaradılmasının təməl daşı idi. Bizim xalqımız bu İstiqlal Bəyannaməsi ruhunda qurulub. Bu respublikanın əsas uğursuzluğu o idi ki, Nikol Paşinyan baş nazir oldu”.

Xaçatryanın sözlərinə görə, bu, birbaşa Azərbaycanın tələbidir. Paşinyan 2020-ci ildən bu günə qədər etdiyi kimi istənilən güzəştə getməyə hazırdır. Seçkilərə getmək üçün ona üzərində sülh yazısı olan kağız lazımdır, bu da kapitulyasiya deməkdir.