Close

23:50
16 Aprel 2025

Fransa narahatdır – Makron istefa verməli olsa da...

“Fransa Vətən müharibəsi dövründə də, ondan sonra da birtərəfli olaraq Ermənistanın mövqeyini saxlayır, ermənilərə böyük “bacılıq” edir, Azərbaycana qarşı isə qərəzli siyasət aparır”.

Bunu TNS-ə politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan da təbii ki, bu münasibətin qarşılığını verir: “2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fransaya casusluq etməkdə 2 agenti – Martin Ryan və Azad Məmmədlini həbs etdi. Həmin vaxt DTX əməkdaşlarının məharəti sayəsində Fransa Xarici Kəşfiyyat İdarəsinin Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Cənubi Afrikadakı agentura şəbəkəsi ifşa olundu. Bu da Fransaya böyük bir zərbə vurdu. Fransanın Kəşfiyyat İdarəsinin rəisi istefa verdi, Baş nazir vəzifədən getməyə məcbur oldu. Halbuki həmin vaxt Prezident Emanuel Makron özü istefa verməli idi. Çünki belə bir aksiya kəşfiyyat tarixində olmayıb”.

Politoloq bildirib ki, hansısa ölkənin başqa dövlətdəki agentlərinin ifşası faktları olub. Amma Fransa kimi böyük dövlətin bir neçə ölkədə agentura şəbəkəsinin ifşası çox böyük hadisə idi: “Hazırda məhkəmədə həmin cinayət işi üzrə proses davam edir. Bu hadisədən sonra təbii ki, Makron və onun hakimiyyətdə olan dostları Azərbaycana qarşı qarayaxma kampaniyasının əhatəsini daha da genişləndirdi. Ötən gün də xarici işlər naziri Jan Baro çıxışında bildirdi ki, Azərbaycan-Ermənistan sərhədində gərginlik var, buna görə Avropa İttifaqının missiyasını gücləndirmək lazımdır. Doğrudur, Azərbaycan-Ermənistan sərhədində vaxtaşırı atəşkəs pozuntularıolur. Bu da əsasən, Ermənistan tərəfinin atəşkəsi pozması ilə bağlıdır. Onlar Azərbaycanın mövqelərini atəşə tuturlar, Azərbaycan da qarşı tərəfi cavab atəşi ilə susdurmağa məcbur olur. Dünən Ermənistan müdafiə nazirinin müavini bildirdi ki, elə ciddi gərginlik yoxdur, sərhəddə atışmlar hərdən olsa da, bu, gərginliyə səbəb deyil, yaxın zamanda heç bir eskalasiya gözlənilmir. Ancaq Fransanın xarici işlər naziri Baro özündən sözlər uyduraraq, regionda ciddi gərginlik olduğunu, buna görə də Aİ-nın missiyasının artırılması barədə fikirlər səsləndirir. Bütün bunlar Azərbaycan-Ermənistan arasında hazır olan sülh sazişinin bağlanmasına maneçilik törədir. Onlar istəyirlər ki, Cənubi Qafqazda gərginlik artsın, beləcə öz məkrli siyasətlərini davam etdirsinlər. Təəssüf ki, Fransa bu siyasətindən əl çəkə bilmir. Çünki Azərbaycanın yeritdiyi obyektiv, düzgün və beynəlxalq hüquq normalarına siyasət Fransanı narahat edir”.