Close

23:50
16 Aprel 2025

Paşinyandan sülh müqaviləsi ilə bağlı yeni açıqlama: "Hər 2 sənədi eyni gündə imzalayaq"

Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk qrupunu ləğv etməyə hazırdır.

TNS xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.

"Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Doğrudan da, əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, o zaman bizə onun həlli ilə bağlı format nəyə lazımdır?”,- o qeyd edib.

Paşinyan sülh sazişinin və ATƏT-in Minsk qrupunun buraxılması sənədinin eyni gündə imzalanmasını təklif edib.