Close

Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycan üçün niyə önəmlidir?

“Şimalı Kipr Türk Cümhuriyyəti (KKTC) Azərbaycan üçün sadəcə qardaşlıq perpektivindən önəmli deyil. Şimalı Kipr Aralık dənizində, xüsusilə onun şimal hissəsində çox mühüm starteji movqeyə malikdir. Azərbaycan üçün isə Aralıq dənizinin təhlükəsizliyi və oradakı güc balansı çox mühüm stratejik əhəmiyyət daşıyır”.

TNS xəbər verir ki, bunu Qafqaz Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədr müavini Nazim Cəfərsoy bildirib.

Onun fikrincə, əvvəla, Azərbaycanın starteji gücünün və müqtəqilliyinin ən muhum hissələrindən birini iqtisadi parametr təşkil edir: “Hamıya yaxşı məlumdur ki, Azərbaycanın bu iqtisadi gücünün əsasını enerji mənbələrinin mövcudluğu və onların dünya bazarlarına təhlükəsiz çıxışı təşkil edir. Aralıq dənizi isə Azərbaycanın enerji mənbələrinin dünya bazarlarına çıxdığı yerdir. Bu çərçivədə neftimizi və qazımızı satdığımız yerin təhlükəsizliyi bizim üçün stratejik əhəmiyyətdədir. KKTC Aralıq dənizdə bu məsələnin təminatında coğrafiyası, siyasi mövqeyi və adada yerləşən Türk Ordusu səbəbiylə vaz keçilməz amillərdəndir.

Digər tərəfdən, Aralıq dənizi sadəcə geoiqtisadi deyil, geosiyasi baxımdan da Azərbaycan üçün strateji önəmə malik coğrafiyadır.

Birincisi, Azərbaycanın stratejik müttəfiqi Türkiyə ilə münasibətlərimizdə enerji əməkdaşlığı xüsusi önəmə malikdir. Bu enerji əməkdaşlığının mövcudluğu və gələcəyi baxımından başda Ceyhan limanı olmaq üzrə Aralıq dənizi kritik əhəmiyyətdədir. Bu durum KKTC-nin strateji önəmini daha da artıran növbəti amildir.

İkincisi, Azərbaycanın İsrail ilə münasibətlərində diğər amillərlə yanaşı,  enerji faktörü da xüsusi önəmdədir. İsrail neft ehtiyacının təxminən 30 faizini Azərbaycan vasitəsilə təmin edir. Bu da Aralıq dənizinə çıxan neftdir. KKTC bu münasibətlərin təhlükəsiz davamı baxımdan da kritik önəmə malikdir.

Üçüncüsü, Azərbaycanın Avropa ilə münasibətlərində mühüm yeri tutan və təxminən 16 milyard dollar dövriyyə ilə ən böyük ticarət partnyorumuz olan İtaliya Aralıq dənizi ölkəsidir. Azərbaycan ilə İtaliya arasında başda enerji olmaqla, çox milyardlıq iqtisadi əlaqələrin mühüm bir hissəsi Aralıq dənizi vasitəsilə aparılır. Azərbaycanın bir digər Aralıq dənizi ölkəsi İspaniya ilə də yaxşı ticarət əlaqələri mövcuddur. Beləliklə, KKTC Avropa İttifaqının bu ölkələri ilə siyasi və ticari münasibətlər kontekstində də mühüm əhəmiyyətə malikdir.

Dördüncüsü, 1991-ci ildən bəri Yunanıstan və Cənubi Kiprin Ermənistanla münasibətlərininin artan tendensiya ilə davam etdiyini nəzərə alsaq, KKTC-nin Azərbaycan üçün geosiyasi önəmi daha da artmaqdadır.

Beşincisi, Azərbaycan Türk dünyasını xarici siyasətinin əsas prioritet istiqaməti elan edib. Şimali Kipr bu baxımdan Türk dünyasının qərb vektorunu təşkil edir, buradakı varlığı Türk dünyasının regional və qismən də qlobal güc balansı baxımından çox mühümdür.

Üstəlik, Azərbaycanın Avropa-Yaxın Şərq-Türküstan üçbucağında daha  da güclənəcəyi görünən fəallığı fonunda Aralıq dənizinin strateji önəminin Azərbaycan üçün daha da artması gözlənilir. Bu durum da KKTC-nin önəmini artırmaqdadır.

Bu arada Şimali Kiprin varlığının Azərbaycana Şimali Aralıq dənizində enerji axtarışı imkanı yaratması da bir başqa mühüm məqam kimi nəzərə alınmalıdır”.