Close

“İran-Azərbaycan münasibətlərindəki gərginlik arxada qalıb”

İki gün əvvəl İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi ölkəmizə səfər edib. O, burada Prezident İlham Əliyev və digər şəxslərlə görüşüb.

Fərzanə Sadiqidən əvvəl  İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycana səfərə gəlib. Azərbaycan rəsmilərinin də İrana səfərləri olur.

Bu səfərlər ölkələrimiz arasında daha əvvəl yaşanan gərginliyin aradan qalxdığını göstərirmi? İki ölkənin münasibətlərinin bundan sonra necə olması gözlənilir?

TNS-in bu barədə suallarını Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ceyhun Məmmədov cavablandırıb.

Deputat bildirib ki, bu gün Azərbaycan-İran münasibətlərindəki mövcud olmuş gərginliyin artıq arxada qaldığını demək mümkündür: “Bu gərginlik xüsusilə, Azərbaycanın səyləri nəticəsində artıq aradan qalxıb. İran Prezidenti Məsud Pezeşkian da Azərbaycana səfər edəcək. Artıq bir neçə dəfə Azərbaycan rəsmiləri İrana səfər ediblər. İran rəsmiləri ölkəmizə gəliblər.
Yaxın günlərdə İran Prezidenti də gələcək. Bütün bunlar münasibətlərimizdə yeni səhifə açacaq. İran bölgənin nüfuzlu dövlətlərindəın biridir. Bizi tarixi köklər, əlaqələr bağlayır. Çalışmalıyıq ki, bu əlaqələri daha da gücləndirək, inkişaf etdirək”.