Deputat: “Siyasətdə texniki səhvlər olmur”

Deputat: “Siyasətdə texniki səhvlər olmur”
“Almaniya prezidentinin Ermənistana səfərdən bir gün öncə separtaçı və terrorçu rejimin “bayrağını” öz səhifəsində paylaşması nonsesdir”.
Bunu TNS-ə açıqlamasında Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov deyib.
O xatırladıb ki, Ermənistanın özündə belə, hımin bayrağın qaldırılması qadağan edilib, buna icazə verilmir: “Ancaq Almaniya prezidenti bu addımı atır. Sonra isə bunu texniki səhv kimi təqdim etməyə çalışır və üzr istəyir. Siyasətdə texniki səhvlər olmur. Almaniya kimi bir ölkənin və almanlar kimi dəqiq xalqın prezidentinin bu qədər qeyri-dəqiqliyə yol verməsi mümkün deyil. Bu, əslində Avropa İttifaqı Missiyasının fəaliyyətinə dəstək, Ermənistanı yeni müharibəyə çağırış kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, bu, müharibəyə təşviqdir. Amma düşünürəm ki, Almaniya öz səhvini başa düşdü və geriyə addım ataraq, üzrxahlıq etdi. Lakin bu, o demək deyil ki, məsələ bununla bitdi”.
Hikmət Məmmədov bildirib ki, baş verənlər Almaniyada Azərbaycana qarşı olan siyasi əhval-ruhiyyənin göstəricisidir: “Almaniya bu cür siyasi əhval-ruhiyyədən xilas olmalıdır. Bu gün Qərb dəyərlərini manipulyasiya edən Almaniya kimi bir ölkə öz siyasi şüuruna da diqqət etməlidir ki, milli dövlətlərə qarşı bu cür hərəkətlərə yol verməsin. Çünki bu, bumeranq effekti yarada bilər. Düşünürəm ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində nə qədər nüfuzlu və ciddi aktor olduğunu bir daha göstərmiş oldu və Almaniyanı geri çəkilməyə məcbur etdi”.
Aygün