Close

12:36
31 Mart 2025

Ərdoğan cılız siyasətçilərin oyunlarını pozacaq

Son iyirmi ildən artıq bir zaman kəsiyində Türkiyənin dünya siyasət meydanında keçdiyi yol bu dövlətin Osmanlı dönəmindən sonra ən böyük yüksəlişidir.

Bu gün Türkiyə dünya siyasət meydanında sanballı addımlarla irəliləyir, onun atdığı hər addım bu dövlətin nüfuzunu bir qədər də artırır və bütövlükdə Türkiyəmizi regional gücdən qlobal gücə çevirir. Türkü sevməyənlərin, türkün yüksəlişindən əndişəli olan güclərin də dərdi budur! Bu güclər nə qədər dəridən-qabıqdan çıxsalar da, Türkiyənin yüksəlişinə bir əngəl yarada bilmirlər ki, bilmirlər. Türkiyə hər dəfə onların yaratmaq istədikləri əngəlləri özünün ağıllı siyasi gedişlərinin tırtılları altında əzib keçdi və iyirmi ildən bir qədər artıq zaman kəsiyində böyük uğurlara imza atdı.

Türkiyə son 20 ildə regionda illər uzunu Qərbin maliyyələşdirdiyi PKK terrorçuluğunun kökünü kəsdi.

Türkiyə Cənubi Qafqazda on illər boyu kök salmış erməni separatçılığının məhv edilməsində öz sözünü dedi.

Türkiyə Suriyadakı Əsəd rejiminin devrilməsinin əsas təşkilatçısı olmaqla, Yaxın Şərqdə terrorçuluğa son verilməsi yolunda böyük bir uğura imza atdı.

Türkiyə Böyük Turan qurmaq yolunda Türk dövlətlərini bir araya gətirə bildi.

Türkiyə bütün dünyanın həsəd apardığı hərbi sənayesini qurdu.

Türkiyə bu gün regional gücdən qlobal gücə çevrilərək dünyanı rahatsız edən münaqişələrin həllində söz sahibinə çevrilmiş bir dövlət statusu qazandı.

Türkün bu yüksəlişini Qərb həzm edə bilməzdi. O səbəbdən bu yüksəlişin qarşısını almaq yollarının axtarışında olan Qərbin siyasət köstəbəkləri dayanmaq bilmirlər. Onlar nəhayət Türkiyəni içəridən silkələmək yolunu tapa bildilər və bu yolda Qərbə quyruq bulayan, adını “ana müxalifət” qoyub, mahiyyət etibarilə “Bizans qulları” olan bir sürü yarmazdan alət kimi istifadə etməyə qalxdılar. Bu siyasət dəllaları zamanilə Osmanl dövlətinin də içərisində təfriqələr yaradaraq, onu zəiflədə bilmişdilər.

Həmin siyasət dəllalarının sifətinə diqqətlə nəzər salın! Mən bu sözləri deməkdən çəkinmirəm – bu adamların sifətində türk nuru yoxdur! Bu əbləhlər on illər uzunu Qərbdəki ağalarının təlimatları və maddi dəstəyi ilə on minlərlə insanın, xüsusilə də gənclərin beynini yuya biliblər!

Bu gün meydanlara çıxara bildikləri kütlə də həmin toplumdur.

Cahillər! Türkiyənin bu gün dünyanın bütün güclərini özü ilə hesablaşdıracaq bir dövlətə çevildiyi dönəmdə onun kürəyinə xəncər saplamağın bir adı var - milli xəyanət!!!

Türkiyənin son 20 ildən artıq zaman kəsiyində qazandığı uğurları həzm edə bilməyənlər bu gün qardaş ölkəni milli satqınların əli ilə içəridən silkələməyə qalxıblar. Ancaq yanılıblar! Rəcəb Tayyib Ərdoğan kimi dünyamiqyaslı siyasi lideri olan bir ölkədə bu oyunları oynamaq mümkün deyil.

Unutmayın, Ərdoğan 2016-cı ildə bir çağrışla dövlət çevrilişi xəyanətini necə yerlə yeksan etdisə, eyni uğurla bugünkü cılız siyasi oyunbazların hesabını kəsəcək...

fy-video

Fikrət Yusifov

professor, sabiq maliyyə naziri