Ermənistandan 9-cu bəndlə bağlı açıqlama: "Bu mövzunu bağlayın"

Ermənistan kommunikasiyaların açılmasına aid olan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə qayıtmaq məsələsini nəzərdən keçirmir.
TNS xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Rusiya və Azərbaycanla üçtərəfli formata qayıtmaq niyyətində deyil.
“Hər şeydə Rusiyanın kölgəsini görməyi dayandırın. Həm müsbət, həm də mənfi nöqteyi-nəzərdən. Bu mövzunu bağlayın", - spiker qeyd edib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan regional infrastrukturun blokdan çıxarılması üçün Bakıya birbaşa təkliflər verib.