Ermənistan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana təklif verib

Ermənistan Azərbaycana dəmir yolu ilə yükdaşıma probleminin həllinə dair yazılı təklif təqdim edib.
TNS news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin ofisinin bəyanatında deyilir.
“Ermənistan Respublikası 2025-ci ilin yanvarında Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına, əks istiqamətdə və üçüncü ölkələrə, Ermənistan Respublikasının şimal-qərb rayonlarından cənub istiqamətinə Azərbaycan Respublikasının ərazisindən keçməklə dəmir yolu yüklərinin daşınması probleminin həlli ilə bağlı yazılı təklif təqdim edib və qarşı tərəfdən müsbət cavab gözləyir”, - məlumatda bildirilir.