Close

18:27
10 Mart 2025

"İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfədir"

“İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığının aradan qaldırılması baxımından vacibdir”.

Bunu TNS-ə ötən gün Ankarada açılışı həyata keçirilən İğdır-Naxçıvan qaz kəmərinin iqtisadi önəmini dəyərləndirən deputat Vüqar Bayramov bildirib.

Kəmər vasitəsilə Naxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcəyini deyən deputat, daha sonra mavi qazın illik həcminin iki dəfə artırılacağını, bunun da Naxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacacağını vurğulayıb: “Kəmərin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbin fasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerji təhlükəsizliyinin formalaşdırılmasıdır. Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyə vasitəsilə alacaq, bu da asılılığı aradan qaldırmış olacaq. Digər tərəfdən, bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatı baxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə, xüsusilə, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusi töhfəsi olacaq”.

“Kəmər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək”, - deyə, deputat vurğulayıb.

Aygün