Close

17:32
24 Fevral 2025
16:43
24 Fevral 2025

Şərif Azərbaycana gəldi – İki ölkə arasında münasibətlər necə olacaq?

Azərbaycana dövlət səfərinə gələn Pakistanın Baş naziri Məməmməd Şahbaz Şərif Azərbaycan Prezidenti ilə görüşüb. İki dövlət arasında bir çox sahəni əhatə edən sənəndlər imzalanıb.

Şərifin səfəri iki ölkənin münasibətlərinə necə təsir edəcək?

TNS-in bu barədə suallarını cavablandıran deputat, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov deyib ki, Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri əsrlərin sınağından çıxmış sağlam bünövrəyə əsaslanır: “Son illərdə iki ölkənin dövlət başçıları, hökumət üzvləri, iqtisadi qurumları və biznes nümayəndələri arasında intensiv xarakter alan qarşılıqlı səfərlər ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır: “Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ilin 28 fevralında İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri, habelə 2024-cü ilin iyulunda rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri və imzalanan yeni sazişlər münasibətlərin inkişafında yeni imkanlar yaradacaq. Xüsusilə də iqtisadi təmaslar böyüyəcək. Pakistan-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi o qədər də yüksək deyil, 2024-cü ildə mal mübadiləsi təxminən 40 milyon dollar olub, bu, hər iki ölkənin potensialının çox kiçik bir hissəsidir, mövcud gücü isə ən azı 5-10 dəfə artırmaq mümükndür. Bu məqsədlə tərəflər azad gömrük rejiminin yaradılması, idxal və ixracda qarşılıqlı güzəşt tariflərinin tətbiqi, ticarətin asanlaşdırılması üçün elektron resursların imkanlarından faydalanmağı məqsəduyğun hesab edir. Azərbaycan bu istiqamətdə ilk addımı atıb və Pakistandan ixrac olunan düyü məhsuluna görə, gömrük rüsumunu aradan götürüb. Bundan əlavə, investisiyaların cəlb edilməsi və ixracın artırılması üçün strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, sahibkarlar arasından birbaşa əməkdaşlığının gücləndirilməsi də qarşıya vəzifə kimi qoyulub. İlkin ssenariəyə əsasən, Azərbaycanın bu ölkəyə yatıracağı sərmayələrin ilkin həcmi təxminən 2 milyard dollar olacaq. Azərbaycan bu ölkənin neft-yanacaq bazarında da əsas etibarlı tərəfdaş hesab edilir və İslamabad öz yanacaq ehtiyaclarının ödənilməsində ölkəmizin yanacaq emalı infrastrukturları qurmasını müsbət qarşılayır”.

A. Hüseynov bildirib ki, hər iki ölkə Orta Dəhlizdə yer alır. Bu baxımdan müasir nəqliyyat-kommunikasiya coğrafiyalarında strateji mövqe tutuan iki qardaş ölkə bölgənin tranzitlər landşaftının da zənginləşməsində töhfə verəcək. Azərbaycan və Pakistan “yaşıl enerji” sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir.