Close

14:23
22 Fevral 2025

İran-Azərbaycan münasibətləri normallaşır? – Baş nazirin qonşu ölkəyə səfəri...

Azərbaycanın Baş naziri Əli Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak etmək məqsədilə İrana gedib.

Baş nazir orada Prezident Məsud Pezeşkian və digər rəsmi şəxslərlə görüşlr keçirib. Bu səfərin iki ölkə arasında münasibətlərə təsiri olacaqmı?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan TNS-ə deyib ki, Baş nazir qonşu ölkəyə tədbirdə iştirak etmək üçün gedib. Burada Azərbaycan-İran münasibətlərinin perspektivinə dair hər hansı qərarın, qətnamənin və sənədin qəbul edilməsi ehtimalı azdır: “Tədbirdə ölkələr həm regiondakı, həm də Yaxın və Orta Şərqdəki vəziyyəti, regional-iqtisadi əlaqələri müzakirə edəcək. Ola bilər ki, hər hansı bəyanat qəbul edilsin, amma bu elə də istiqamətverici bir sənəd olmayacaq.

Azərbaycan və İran rəsmilərinin görüşləri də, ənənəvi protokol görüşüdür.

Rusiya, İran və Azərbaycan arasında Şimal-Cənub Nəqliyyat Dəhlizi var. Amma nəqliyyat dəhlizinin tikintisi İranın ucbatından gecikir, hələ də başa çatmır. Bu görüşdə layihənin yekunlaşdırılması istiqamətində addımların atılması ehtimalı azdır.

Yaxud Rusiya təbii qazının Azərbaycandan tranzit yolla İrana keçməsi məsələsi var. Bunu hər üç tərəf razılaşdırsa da, hələ ki, bu layihə işə düşmür. Xəzərin hərbsizləşdirilməsi və ekoloji vəziyyəti ilə bağlı sənədlərin qəbul edilməsi məsələsi də gündəmdədir. Hesab edirəm ki, bu toplantıda həmin məsələ müzakirə ediləcək”.

ss18

Onun sözlərinə görə, ən yaxşı məsələlərdən biri budur ki, hökümət rəsmiləri bu tipli görüşlərdə müzakirələr aparır, yarımçıq qalmış məsələlərin davamını soruşa bilir, əməkdaşlığı genişləndirirlər.