Tramp Rusiyaya səfər edəcək? – Onun Putinlə görüşməsi mümkündür

“Moskva-Vaşinqton münasibətlərində gərginliyin azalması müşahidə edilməkdədir. Artıq ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub”.
Bunu TNS-ə siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, bu telefon danışığının bir saat yarım davam etməsi kifayət qədər ciddi hadisədir: “Belə qənaətə gəlmək olar ki, söhbət zamanı təkcə Ukrayna deyil, digər məsələlər də müzakirə olunub.
Trampın rəhbərliyi dövründə Rusiya ilə ABŞ arasında dialoq imkanı yaranacaq. Beynəlxalq ictimai rəy ondan ibarətdir ki, bu dialoq mümkündür. Hər iki dövlət dünyada kifayət qədər nifuza sahibdir.
Hətta Tramp məsələyə daha konkret fikir bildirib. Liderlərin görüşünün olması kifayət qədər yüksəkdir. Tramp bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhdi artıq bu məsələ ilə məşğuldur.
O ki qaldı Putinin Trampı Moskvaya dəvət etməsinə, ilk görüş Moskvada deyil, başqa bir ölkədə ola bilər.
Sonrakı mərhələdə Trampın bu dəvəti dəyərləndirməsi mümkündür”.
Ayşən Azadova