Close

17:41
11 Fevral 2025

"Rus Evi" fəaliyyətini dayandırır - FOTO

“Rus Evi” Azərbaycanda fəaliyyətini dayandırmaq üçün tədbirlər gördüyünü açıqlayıb.

TNS xəbər verir ki, bu barədə xəbəri “Rus Evi” sosial media hesabında yayıb.

Bildirilib ki, fəaliyyətin dayandırılması üçün tədbirlər Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi əsasında görülür.

Qeyd edək ki, bu gün “Rus Evi”nin (Rossotrudniçestvo) girişində rus dilində yazılan "Русский дом" sözləri sökülüb.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərmişdi.

WhatsApp_Image_2025-02-11_at_13-31-29_1