Close

17:41
11 Fevral 2025

“Rus Evi” açıqlama yaydı

Bakıdakı “Rus Evi” açıqlama yayıb.

TNS xəbər verir ki, bu barədə “Rus Evi”nin feysbuk hesabında paylaşım edilib.

Bildirilib ki, sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək saxta sənədlər yayılır:

“Bakıdakı “Rus Evi” və “Rossotrudniçestvo”nun simvollarınının qanunsuz mənimsənilməsi ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət əsas olaraq, guya Bakıda “Rus Evi”ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu “sənədlər” həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən materiallar saxtadır”.

Qeyd edək ki, bu gün “Rus Evi”nin (Rossotrudniçestvo) girişində rus dilində yazılan "Русский дом" sözləri sökülüb.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərmişdi.