Close

17:41
11 Fevral 2025

"Русский дом" söküldü - FOTO

Bu gün sosial şəbəkələrdə Bakıdakı “Rus Evi”nin (Rossotrudniçestvo) sökülməsi ilə bağlı görüntülər yayılıb.

TNS-in müxbiri hadisə yerində olub. Məlum olub ki, əslində bütövlükdə "Rus Evi" sökülmür. Sökülən mərkəzin girişində rus dilində yazılan "Русский дом" sözləridir.

Əməkdaşımız bunun səbəbi ilə bağlı "Rus Evi" ilə əlaqə saxlamağa çalışıb. Mərkəzdən əməkdaşımızın sualını eşidən kimi "Biz sizi yaxşı eşitmirik", - deyərək dəstəyi asıblar. Növbəti zənglərimiz isə cavabsız qalıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

777777

dtr