Close

Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, 44 günlük müharibə Ermənistana müstəqil və suveren olmağa imkan verib. O qeyd edib ki, “soyqırımı” ididaları ilə bağlı erməni xalqı bir daha düşünməli, fərqli yanaşmalıdır. İrəvan qondarma soyqırımı iddialarından birdəfəlik əl çəkə bilərmi?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyevin fikrincə, məhz bu müharibədəki məğlubiyyət nəticəsində Ermənistanın sağlam qüvvələri anlayıb ki, ölkənin gələcəyi qonşulardan nəticəsiz və əsassız ərazi iddialarını davam etdirməklə qurula bilməz: “Ermənistan nə qədər ki, qonşularla münasibətlərdə əsassız olaraq bu iddialarla yaşayacaqsa, özünün həqiqi suverenliyini heç vaxt təmin edə bilməz. Ona görə ki, Ermənistan qonşularla münasibətlərdə ərazi və "soyqırımız" iddialarına kökləndikcə onun nəinki münasibətləri pozulur, eyni zamanda özünün də təhlükəsizliyi üçün böyük təhdid yaranır. Çox yaxşı haldır ki, Paşinyan müharibədən sonra, xüsusilə iki məsələdə nisbətən sağlam düşüncənin təsiri altındadır. Birincisi, uydurma erməni “soyqırımı”nın tarixinə baxışdır. Bu, bölgədə münasibətlərin tənzimlənməsində böyük rol oynaya bilər. Çox yaxşı olar ki, Paşinyan bu istiqamətdə öz fəaliyyətini erməni arxivlərinin də açılmasına qədər davam etdirsin. Necə ki, Türkiyə və Azərbaycan bütün arxivlərin açılması mövqeyində qəti dayanır. Ermənistan da əsl həqiqətlərin üzə çıxması üçün arxivlərini açıb, dünya tədqiqatçılarına təqdim etməlidir. Əgər Paşinyan bunu etsə, xeyli sağlam mövqedə ola bilər. Həqiqətən də maraqlıdır ki, ermənilərin saxta “soyqırım”ı ilə bağlı dünyada hay-küyləri niyə məhz II Dünya müharibəsinə qədər o qədər də böyük deyildi? II Dünya müharibəsindən sonra, xüsusilə də Türkiyə NATO-ya qəbul olunandan sonra saxta erməni “soyqırımı” ətrafında böyük hay-küy başladı. Çünki onu birinci növbədə SSRİ şişirtməkdə maraqlı idi, ikinci tərəfdən isə Qərb ölkələrində erməni lobbisi qabartmağa başladı. Heç bir kökü olmayan qondarma erməni “soyqırımı” üzərində erməni xalqı aldadılmış vəziyyətə düşdü. Bu gün Paşinyanın da başlatdığı proses həqiqətin dünyaya təqdim olunmasında bir addım sayıla bilər.

İkincisi, Ermənistanın suverenliyi deyəndə, virtual deyil, real Ermənistanın ərazisinə söykənmək lazımdır. Paşinyan müharibədən sonra Ermənistanın suverenliyinin onun virtual yox, məhz real sərhədlərinə bağlı olduğunu anladı. Bu da çox əhəmiyyətlidir. Amma hər iki istiqamətdə Paşinyandan, yəni həm Ermənistanın suverenliyinin bərqərar olunması, həm də saxta “soyqırımı”nın tarixinə əsl baxışın ortaya qoyulmasında Paşinyan başladığı prosesi davam etdirməlidir. Bu iki istiqamətdə ondan yeni addımlar gözləməyinə dəyər”.