Zatıqırıq Araikdən lapşinvari yalvarış
Uzun müddət Azərbaycana qarşı terror törədən separatçıların başçısı, Vətən müharibəsində Azərbaycan Ordusunun qarşısında tab gətirmədiyi üçün mülki əhalinin kompakt yaşadığı ərazilərə zərbə endirilməsi tapşırığını verən, cinayətkar birliyin “rəhbəri” Araik Arutyunyan dünən məhkəmədə növbəti dəfə yalvarmağa başlayıb.
Nəinki yalvarmaq e, hətta Ermənistanın Baş naziri Nikol Paşinyanı da yalançı adlandırıb. Arutyunyan məhkəmədən söz istəyib, deyib ki, bəs, onunla birlikdə Bakıda istintaq təcridxanasında saxlanılan erməni cinayətkarlara nə psixoloji təzyiq olub, nə də psixotrop dərmanlar verilib. Cinayətkar ermənibaşı birinci Paşinyanı, sonra da erməni mediasını ağ yuyub, qara sərib: “Nəzərə alaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin, Ermənistan mediasında və digər ölkələrin kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının Baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirlər var.
Mən ən çox bizim doğmalarımız, yaxınlarımız üçün narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı bizi ziyarət edir. Ailə üzvlərimizlə telefon danışığı imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni şəkildə təmin olunur. Bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəm”.
Bu, Arutyunyanın məhkəmədəki çıxışıdır. Ötən prosesdə “mən eləməmişəm”, - deyib Azərbaycan xalqından üzr istəyən Araik bu dəfə də Paşinyanı söyüb.
Görək, bu cinayətkar dəstəbaşı gələn prosesdə kimi hədəfə götürəcək?
Azərbaycan xalqı belə vələdüznaları çox görüb. Məlum məsələdir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti törətdiyi cinayətin ağırlıq dərəcəsini nəzərə almadan hər bir təqsirləndirilən şəxsin saxlanma şəraitini beynəlxalq norma və qaydalara uyğun təmin edir. Bunu hətta bütün beynəlxalq təşkilatlar da dəfələrlə təsdiqləyib. Yəni, Arutyunyanın bunu açıq etiraf etməsinə, Ermənistana bəyanat verməsinə ehtiyac yoxdur.
Sadəcə, Arutyunyan Azərbaycanı belə bilmirdi. Hesab edirdi ki, ermənilərin, xüsusilə də özü kimi cinayətkarların Azərbaycanın mülki şəxslərinə qarşı törətdiyi saysız-hesabsız soyqırımlara, dinc sakinlərə verilən ağlasığmaz işgəncələrə görə, Azərbaycan onlardan qisas alacaq. Amma indi gəlib, Azərbaycanda saxlanma şəraitini, təqsirləndirilən şəxslə rəftar səviyyəsini görəndən sonra şoka düşüb. Gözlərinə inanmasa da, həqiqətin şahidi olub. Ona görə də, hələ də şokdan ayılmayan Arutyunyan bilmir, necə etsin, Azərbaycana, Azərbaycanın rəhbərliyinə necə təşəkkür etsin.
Azərbaycanda cinayətkara qarşı həqiqi humanizm görən separatçıbaşı istəyib ki, həmin rəftarı Ermənistanla müqayisə etsin. Baxıb ki, heç Ermənistanda humanizmin “h”sı, müqayisənin isə “m”sı yoxdu. Ona görə də başlayıb Paşinyanı rüsvay etməyə...
Məlum məsələdi, Arutyunyan da digər təqsirləndirilən erməni cinayətkarlar kimi, Azərbaycanda həbsdə olan vaxtlarda yalvarırlar, amma elə ki, həbsdən azad olundular, bütün özləri ağılda olan “beynəlxalq təşkilatları” yığırlar başlarına, "ay aman, bizi öldürürdülər, zorla çıxdıq əllərindən", - deyə haray çəkirlər. Həbsdə özlərini mələk, çıxandan sonra isə tülək kimi göstərirlər.
Aleksandr Lapşin adında ermənipərəst bloger var idi e, Qarabağa qanunsuz səfər edib, erməniləri tərifləmişdi. 2014-cü ildə onu tutub Azərbaycana təhvil verdilər. Məhkəmədə həmin bu gedəsifət Lapşin bir yazıq sifət almışdı, bir yalvarırdı ki, gəl, görəsən. Lapşin məhkəmədə erməniləri yıxdı, sürüdü. Deməyindən belə çıxmışdı ki, guya onu Qarabağa ermənilər "tırka"layıb aparıb, səhv edib, başın daşa döyüb.
Məhkəmədə hamımızın bu gədəyə yazığımız gəlirdi. Deyirdi ki, Azərbaycanda istintaq təcridxanasında gördüyü rəftarı, şəraiti heç Qarabağa səfər zamanı görməyib.
3 ildən sonra cənab Prezident İlham Əliyev Aleksandr Lapşini əfv elədi. Lapşin sərhədi keçən kimi erməniləri yığdı başına, "bəs, azərbaycanlılar cəzaçəkmə müəssisəsində məni belə asdı, elə kəsdi, belə işgəncə verdi", - deyə hay-həşir saldı.
Yəni dediyim odur ki, bu erməni və erməni xislətli gədələrə çox inanmaq olmaz. Arutyunyan da elə dələduzlardandır. Burada onu qızıl mücrüdə də saxlasaq, həbsdən çıxandan sonra başlayacaq sayıqlamağa, Azərbaycana qarşı bəyanatlar verməyə. Bizim kəndə belələrinə “zatıqırıq” deyirlər.
Samir Əli