"Tramp Paşinyanı buna görə qəbul etməyib"
"ABŞ Prezidenti Donald Trampın Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etməməsi Azərbaycanla bağlıdır".
Bunu TNS-ə siyasi şərhçi Əziz Əzizbəyli deyib.
O bildirib ki, Paşinyanın qəbul edilməməsi birbaşa Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqəlidir: "Bu qərar Ermənistanın xarici siyasətindəki qeyri-müəyyənliklərdən və geosiyasi təzyiqlərdən qaynaqlanır. Açıq şəkildə görünür ki, Paşinyanın siyasəti Ermənistanın strateji xətti üzrə davam etsə də, bu proses bəzi daxili və xarici qüvvələrin təsiri ilə dəyişkənlik göstərir.
Trampın Cozef Bayden administrasiyasından qalan müqavilələrin taleyi ilə bağlı hansı addım atacağı müəyyən deyil.
Bundan başqa, qarşıdan qondarma "soyqırımı" günü gəlir. Paşinyan sadəcə Trampla birlikdə verəcəyi görüntü ilə belə ön plana çıxmağı hədəfləyirdi. Amma Tramp Qafqazla bağlı balanslı siyasət yürüdür. Bakının olmadığı nöqtədə İrəvan kimsəsizdir".