Close

23:57
30 Yanvar 2025
22:20
30 Yanvar 2025

Paşinyandan müharibə bəyanatı – Bu, gözlənilən idi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın ordu günündə müharibə bəyanatları verməsi gözlənilən idi”.

Bunu TNS-ə “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Paşinyan bütün əlamətdar günlərdə, ümumiyyətlə,  fürsət düşəndə siyasi məqsədlərinə çatmaq üçün bəyanatlarını daxili auditoriyaya yönəldir: “Budəfəki bəyanatı ilə də həm Qarabağ məğlubiyyəti ilə barışmaq istəmədiyini erməni cəmiyyətinə nümayiş etdirir, həm müharibə tərəfdarlarına mesaj verir, həm də Ermənistanın milli maraqlarının keşiyində dayandığını göstərməklə, əslində qeyri-rəsmi seçkiqabağı kampaniya aparır.

Müharibə bəyanatları onun hazırda ölkəsinin siyasi mövqedən də qaynaqlanır. Əgər Ermənistan sülh sazişi imzalamırsa və bunda maraqlı deyilsə, onun rəhbərindən müharibə bəyanatından başqa heç nə gözləmək olmaz. Digər tərəfdən, Paşinyan müharibə bəyanatları ilə onu bu bölgədə müharibəyə sürükləyən beynəlxalq dairələrə əvəz qaytarmış olur. Çünki Paşinyanı və Ermənistanı silahlandıranların əsas hədəfi bölgədə müharibə ocağı yaratmaqdır. Paşinyan da davakar bəyanatlarlaə bunların siyasətini yaxşı anladığı barədə mesaj verir, Qərbdəki müttəfiqlərinə nümayiş etdirir ki, bölgədə müharibə alovları hələ sönməyib. Ona görə də Paşinyanın belə bəyanatlarını onun anti-sülh fəaliyyətinin məntiqi nəticəsi kimi saymaq lazımdır. Əgər Azərbaycanla sülh sazişini imzalamış olsaydı, belə bəyanatlar verməzdi, müharibəyə çağırışlar etməzdi. Amma sülh sazişi imzalamadığına görə davakar və hərbi ritorikanın aparılması onun və Ermənistanın siyasətinin əsas tezisinə çevrilir”.