Close

Ermənistan və havadarlarının bu xəyalları gerçəkləşməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çox ciddi məsələlərə toxunub.

Dövlətimizin başçısı Zəngəzur dəhlizindən danışarkən deyib ki, bu məsələ diqqət mərkəzində olacaq: "Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov məsələ ilə bağlı TNS-ə açıqlamasında deyib ki, Zəngəzur dəhlizi Naxçıvana əsas, maneəsiz təchizat xətti kimi Azərbaycanın strategiyasını formalaşdırır: “Bu keçid üzərində Azərbaycanın nəzarəti güc proyeksasiyasına və regional təhlükəsizliyə təsir edərək onun üstünlüklərini önə çıxaracaq.

Beləliklə, Zəngəzur dəhlizi regionda qeyri-müəyyən arxitektura və təhdidlər yaratmaq istəyən qüvvələrə qarşı aktuallıq kəsb edir və onu strateji əhəmiyyət kəsb edən quru əlaqəsi nöqtəsinə çevirir”.

Ekspert deyib ki, Ermənistan və havadarları Azərbaycanla Türkiyənin, eləcə də Böyük Britaniyanın, Rusiyanın önəm verdiyi strateji layihəni tıxanma nöqtəsinə istiqamətləndirmək potensiallarından uzaqlaşır.