Close

23:00
29 Yanvar 2025

Operativ məlumat mübadiləsi məqsədilə İşçi Qrupu yaradıldı

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi Qrupu yaradılıb.

TNS xəbər verir ki, bu barədə Aparatın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə aparacaqlar. Hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim ediləcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində MSK ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.