İlkin araşdırmanın nəticələri bu tarixdə bilinəcək
83
12:34 - 24 Yanvar 2025
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.
TNS xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
O bildirib ki, AZAL təyyarəsinin “qara qutu”larının məlumatları Braziliyada tam olaraq oxunub və Qazaxıstana qaytarılıb.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.