Close

22:21
21 Yanvar 2025
21:20
21 Yanvar 2025
20:20
21 Yanvar 2025

Ermənistan özünə yeni "dayı" axtarır - Rusiya vaxtında bunu düşünsəydi...

“Ermənistan Azərbaycanla hərbi qarşıdurmada məğlub olmasına baxmayaraq, hələ də öz acizliyini qəbul etmək istəmir”.

Bunu TNS-ə deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Ermənistan regionda vəziyyətin normallaşmasında konstruktiv mövqe nümayiş etdirmək niyyətində deyil: “Ermənistan iki ölkənin sərhədləri və Zəngəzur dəhlizi məsələsində çox ziddiyyətli mövqe sərgiləyir. Rəsmi İrəvanın götürdüyü öhdəlikdən çox asanlıqla imtina etməsi onlar üçün xarakterik haldır.

Bu məsələdə Ermənistanın müttəfiqi sayılan Rusiya ilə bağlı ikitərəfli münasibətlərə zərbə vuran hərəkətləri də az deyil. Rusiya Ermənistanın son dövrlərdə böyüyən anti-Rusiya siyasətinə açıq cavab verməyə başlayıb”.

A. Mirzəzadə qeyd edib ki, Ermənistanın ümumi mövcudluğu, müstəqillik qazanması Rusiyanın hesabınadır: “Ermənistan indi özünə yeni bir "dayı" axtarır və Zəngəzur dəhlizi məsələsində problemin həllində hərəkət etmək istəmir. Digər tərəfdən isə Ermənistanın öz siyasətində Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq iddiası daha çox hiss edilir.

Buna görə Ermənistan nota ilə bağlı Rusiya açıq etiraz bildirir. Rusiya əvvəldən kimə dövlət yaratdığını, dəstək verdiyini vaxtında düşünsəydi, indi bu hallar yaşanmazdı”.

Qeyd edək ki, Ermənistan Rusiyaya etiraz notası verib. Buna səbəb Rusiya telekanalında yayımlanan telesujetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsidir.

Ayşən Azadova