Close

22:21
21 Yanvar 2025
21:20
21 Yanvar 2025
20:20
21 Yanvar 2025

"Bu, sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlardandır"

"Azərbaycanla Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq, Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəlməsi sülh müqaviləsinin imzalanması prosesində atılan mühüm addımdır".  

Bunu TNS-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, bununla bağlı komissiyanın növbəti iclasında 13 kilometrdən əlavə olaraq, bütün sərhəd boyu delimitasiya və demarkasiyadan keçməyən ərazilərdəki məsələləri həll ediləcək: “Hələ 500 kilometr ərazi delimitasiya olunmayıb. Azərbaycan Ermənistan və Gürcüstanın həmin nöqtədən başlayaraq, üzü Tovuz, Gədəbəy, Kəlbəcər və Daşkəsən istiqamətində delimitasiya məsələlərini müəyyənləşdirməlidir. Bu, əldə olunmuş razılığın davamı kimi qeyd olunmalıdır. Bütün sənədlərə istinad edərək, delimitasiya və demarkasiya prosesi sülhün bərqərar olunması istiqamətində atılan addımların bir hissəsi kimi nəzərdə tutulmalıdır. Bu prosesdə komissiyanın işi də təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Komissiya Azərbaycan sərhədinin hardan keçməsini müvafiq beynəlxalq sənədlərə istinad edərək həyata keçirir. Bu, sülh müqaviləsinin imzalanması istiqamətində çox mühüm məsələdir və atılacaq müsbət addımlardandır”.