Close

Bu ölkə Azərbaycanla bağlı Avropa İttifaqını şantaj edir

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Avropa Komissiyası ilə münasibətlərin necə inkişaf edəcəyini söyləməyin çətin olduğunu deyib. Dövlət başçısı ötən ilin məyusluqla dolu bir il olduğunu bildirib, Avropa İttifaqının normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutduğunu diqqətə çatdırıb: “Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirməyib, əksinə, sarsıdıb”.

Münasibətlərin normallaşması üçün Avropa İttifaqının (Aİ) hansı addımları atması vacibdir?

TNS-in bu barədə sualını cavablandıran Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Aİ-nin tərkibində olan Fransa Azərbaycana qarşı qərəzli siyasət yürüdür: “Fransa erməni diasporunun təsiri ilə hərəkət edir. Hakimiyyət nümayəndələrinin əksəriyyəti siyasi korrupsiyaya qurşanıb. Fransa Ermənistanı silahlandırmaqla yeni faciələrə sürükləyir. Eyni zamanda hətta şantaj vasitəsilə Avropa İttifaqında təmsil olunan ölkələri Azərbaycana qarşı siyasət həyata keçirməyə məcbur edir. Məncə, səbrlə gözləyək. Görək, onların bu oyunları özləri üçün yeni hansı faciələrlə nəticələnəcək. Bəlkə o zaman özlərinə gələrlər. Başlarına mütləq faciə gələcək. Çünki Fransada çox ciddi sosial-iqtisadi böhran hökm sürür. Digər Avropa ölkələrində də hazırda vəziyyət ürəkaçan deyil. Bir sıra ölkədə seçkilərdə sağ radikal qüvvələr hakimiyyətə gəlib. Avropanın daxilində çox ciddi, problemli proseslər gedir”.

Deputat qeyd edib ki, Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edir: “Çünki Azərbaycan etibarlı tərəfdaş kimi Avropanı əslində enerji böhranından xilas etdi. Düşünürəm ki, ağılları başlarına gələndən sonra onların siyasətində köklü dəyişikliklər olacaq”.