Close

12:35
05 Yanvar 2025
11:21
05 Yanvar 2025
10:05
05 Yanvar 2025

Deputat: “İran nə dost kimi dostdur, nə düşmən kimi düşmən...”

Deputat: “İran nə dost kimi dostdur, nə düşmən kimi düşmən...”

“İran da Ermənistan kimi dünyada nadir ölkələrdəndir ki, qonşulara münasibətdə sərgilədiyi əyalət hiyləgərliyindən, bicliyindən başlamış, heç nədən hay-küyünə, hərbə-zorbasına, bitib-tükənməyən təxribatlarına kimi… yazdıqca qurtarmaq bilmir”.

TNS xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli özünün sosial şəbəkə hesabında yazıb.

Deputat əlavə edib ki, öz günlərinə, düşdükləri acınacaqlı duruma, ideoloji platformalarından tutmuş siyasi idarəçilik sistemlərinədək məsxərə obyektinə, məzhəkə subyektinə çevrilmələrinə ağlamaq əvəzinə, gözləri onun-bunun “qapısı”nda, “pəncərə”sindədir.

“Öz gözlərindəki tiri görməzdən gəlib, özgə gözündə tük axtarırlar. Sözü də ağızları köpüklənə-köpüklənə havaya üfürürlər. Amma bölgədə özünü yad ünsür kimi aparan, gah o qütbə, gah bu qütbə yalmanan, yekə-yekə açıqlamalar, bəyanatlar verən bu iki ölkəni bir-birindən fərqləndirən çox önəmli bir cəhət var: Ermənistanın düşmənçiliyi ortaqlıdadır. İran isə nə dost kimi dostdur, nə də düşmən kimi düşmən. Üzdə müsəlmanların həmrəyliyindən danışır, arxada Ermənistanla işbirliyi qurur, müsəlmanların məscidlərini tövləyə çevirənlərlə qol-boyun olub, dil ağıza qoymadan İslam dəyərlərinin və abidələrinin müqəddəsliyindən söz açır. Bu xüsusda yerinə düşən məşhur bir atalar məsəlimiz var: “Mərd ələ yapışar, namərd ayağa…”

Bunlar isə nə mərd kimi mərddilər, nə də namərd kimi namərd… Mərdimazardılar, ya da transmərdimazar...

İliyinə kimi türk düşmənçiliyinə yoluxmuş tarix və din saxtakarlarının Çaldıran savaşını mütəmadi olaraq gündəmə gətirmələri də təsadüfi deyil, şübhəsiz. Həm də "Çaldıran şəhidləri"nin anım mərasimi adı altında...

Kim qarşı-qarşıya gəlib Çaldıranda? Müsəlman türklər! Bu ləyaqətsizlər türkün türkə, müsəlmanın müsəlmana qarşı savaşına, bir daha təkrarlanmasın deyə ayna tutmaq əvəzinə, bölgədə güclənən türk varlığının bətninə yenidən nifaq toxumu səpməyə çalışırlar. Təəccüblənmirəm.

Əgər molla rejiminin ideoloji tör-töküntüləri Malazgirt savaşının şəhidlərini ansaydılar, o zaman təəccüblənərdim. Çünki Malazgirtdə indiki ultramillətçi molla rejiminin sələfləri, ideoloji ataları yenilmişdi...

Əgər imkanları olsa, Bizansın cəhənnəmə vasil olmuş əsgərlərinə yas saxlayardılar...” – deyə o bildirib.