Close

Qəza nəticəsində yaralanan Rusiya vətəndaşlarının durumu açıqlandı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın qərbində qəzaya uğraması nəticəsində xəsarət alan 6 Rusiya vətəndaşının stasionar şəraitdə müalicəsi davam edir.

TNS-in TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

Aleksey Kuznetsov deyib ki, yaralılardan 3-nün durumu ağırdır: “Aktauda qəzada xəsarət alan 3 rusiyalı vəziyyətlərinin yaxşılaşması ilə əlaqədar xəstəxanadan buraxılıb. Stasionar şəraitdə 6 nəfərin müalicəsi davam edir, onlardan 3-nün durumu ağırdır. Biri uşaq olmaqla, digər 3 nəfərin durumu isə orta-ağırdır”.