Close

“Dünya Azərbaycan xalqının iradəsini, cənab Prezidentin qətiyyətini gördü”

“Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibəsində bütün məqamlara aydınlıq gətirdi”.

Bunu TNS-ə açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, dövlət başçısı bu məsələdə Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoyub: "Cənab Prezident bildirdi ki, Rusiya tərəfi bu hadisəni ilk vaxtlar ört-basdır etmək istəsə də, alınmadı. Rusiya Prezidentinin Prezident İlham Əliyevə zəng edərək üzr istəməsi münasibətlərin müsbət və dolğun məcrada getməsinə işarədir. Hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq Rusiya Baş Prokurorluğunda da cinayət işi başlanıb. Ümid edirik ki, bütün həqiqətlər üzə çıxacaq, bu işdə əli olanlar istintaqa cəlb olunacaq. Düşünürəm ki, cənab Prezidentin qlobal nüfuzu, qətiyyəti, hər an xalqın iradəsinə söykənən siyasəti bu gün də özünü göstərdi. Bütün dünya Azərbaycan xalqının iradəsini, cənab Prezidentin qətiyyətini gördü. Rusiya tərəfinin üzr istəməsi ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Bu, həm də Azərbaycan dövlətinin gücünün, qətiyyətinin təntənəsidir".