Close

Təyyarə qəzası ilə bağlı Rusiya da cinayət işi başladı

Rusiyada AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau limanında qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

TNS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İstintaq hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması maddəsinə istinadən aparılacaq.

O da qeyd olunub ki, hazırda mülki və hərbi mütəxəssislərin izahatları alınır.