“Haber Global”: "Azərbaycan təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir" - VİDEO
Azərbaycan Aktauda baş verən təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir.
TNS-in məlumatına görə, bu fikirlər Türkiyənin “Haber Global” televiziyasında Azərbaycan Hava Yollarına məxsus təyyarənin dekabrın 25-də Aktauda qəzaya uğraması ilə bağlı hazırlanan süjetdə qeyd olunub.
Bildirilib ki, 38 nəfərin ölümünə səbəb olan hadisə səbəbkarlarının cəzalandırılması da Azərbaycan tərəfinin gözləntiləri sırasındadır:
“Lakin hələlik Rusiya tərəfi bu yöndə addım atmır. Kremlin mətbuat katibi Dmitri Peskov isə istintaq bitənə qədər heç bir dəyərləndirmə aparılmayacağını bildirib”.
Süjetdə o da vurğulanıb ki, Rusiya Beynəlxalq Mülki Aviasiya Şirkəti AZAL-a məxsus təyyarənin Qroznı səmasında olarkən Rusiyanın hava hücumundan müdafiə sisteminin aktivləşdiyini etiraf edib.
“Eləcə də Hava Limanı ətrafında qatı duman olduğuna görə pilota eniş üçün başqa limanların məsləhət edilməsi də etiraf edilib”, - deyə süjetdə qeyd edilib.