Köçəryanla Sarkisyan Azərbaycana veriləcək? – Paşinyanın bu addımı...
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryanı Azərbaycana təhvil verməklə hədələyib.
Paşinyan həqəqitən bunu edə bilərmi, yoxsa, rəqiblərinə gözdağı verir?
Mövzu ilə bağlı TNS-ə danışan “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Paşinyan bunu istəmək yox, etmək məcburiyyətindədir.
“Paşinyanın bunu istəməsi çox az şeydir, kifayət deyil. O, bu istiqamətdə konkret addımlar atmalıdır. Azərbaycan lazım olanı edib. Xocalı soyqırımı, digər ağır cinayətlərlə bağlı Sarkisyan və Köçəryan barədə cinayət işi başlanıb. Onlar Azərbaycan tərəfindən İnterpolun xətti ilə beynəlxalq axtarışa verilib. Belə şəraitdə Paşinyanın “Köçəryan və Sarkisyanı Azərbaycana verməyə hazıram”, - deməsi ilə iş bitmir. Onların hər ikisi həbs edilib, Azərbaycana təhvil verilməlidir. Əgər onları həbs edərək, Azərbaycana verərsə, bu, əməldə görülən bir iş olar. Paşinyanın belə bir addımı indiki şəraitdə həm dövlətlər səviyyəsində, həm də xalqlar arasında barışıq prosesinə çox müsbət təsir göstərər. Həm də biz bilərik ki, cinayət cəzasız qalmır”.