Close

Ağ Ev: “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir”

“Sübutlar Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir”.

TNS xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

“Bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər müşahidə etmişik”, - Ağ Ev rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti Qazaxıstan və Azərbaycan rəsmilərinə istintaqda kömək etməyi də təklif edib.