Həlak olmuş digər 22 nəfərin meyitləri zəruri tədbirlər bitdikdən sonra ölkəyə gətiriləcək
10
20:13 - 27 Dekabr 2024
Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlər görülür.
TNS xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında bildirilib.
Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.