Close

"Təyyarə Rusiya səmasında kənar müdaxilə nəticəsində qəzaya uğrayıb”

"Təyyarəmizin qəzaya uğramasında kənar müdaxilə birmənalı versiyalardan biridir".

Bunu TNS-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Rusiya səmasında, Qroznı üzərində hərbi hava qüvvələrinin məhz “Pantsir S1”raketindən istifadə etməklə PUA-lara qarşı apardığı mübarizə vaxtı təyyarəmiz zədələnə bilər: "Bu da Rusiyaya məxsus hərbi hava qüvvələridir. Bu fakt bir daha təyyarəmizin vurulduğunu deməyə əsas verir. Əsas məqam bundan ibarətdir ki, bütün məlumatlar təşkil olunmuş komissiyanın rəyi əsasında veriləcək. Hadisə ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb və bütün faktlar araşdırılacaq. Kriminalistik və ballistik ekspertizaların rəyinə uyğun olaraq, hansısa sərnişində qəlpə yarası və digər xəsarət aşkarlanarsa, bunlar araşdırlandan sonra məsələyə mütləq şəkildə aydınlıq gətiriləcək. Əsas versiyalardan biri təyyarənin Rusiya səmasında kənar müdaxilə nəticəsində qəzaya uğramasıdır”.