Qəzada ağır yaralanan 7 azərbaycanlı Bakıya gətirildi - VİDEO - FOTO
Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində ağır yaralanan 7 azərbaycanlı Heydər Əliyev Hava Limanında qəbul edilib.
TNS-in əldə etdiyi məlumata görə, yaralılar Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə hava limanına gətirilib, oradan isə Yeni Klinikaya aparılıb. Yaxın dəqiqələrdə yaralıları daşıyan digər təyyarə hava limanında qəbul ediləcək.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysi üzrə hərəkət edən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb. Ölənlərin 26, yaralıların isə 14 nəfəri Azərbaycan vətəndaşıdır.