Uçuşların 11 dəqiqəlik kritik dövrü - Sağ qalmaq üçün bunları etməliyik
Hava nəqliyyatı ən təhlükəsiz nəqliyyat vasitələrindən biri olsa da, bəzi hallarda təyyarə qəzaları qaçılmaz olur.
Təyyarədə fövqəladə hallar baş verdikdə ən vacib məsələlərdən biri də sərnişin hazırlığının əhəmiyyətidir. Çünki qəzadan əvvəl və sonra alınan qərarlar qəzadan sağ çıxmaq üçün vacib rol oynaya bilir.
TNS İstanbul Gəlişim Universiteti (İGÜ) Mülki Aviasiya Kabin Xidmətləri müəllimi, professor Rəmzi Sızanın bu mövzuda olan açıqlamasını təqdim edir.
O bildirib ki, təyyarə qəzaları iki kateqoriyaya bölünür: hazırlıqlı və hazırlıqsız. Hazırlıqsız fövqəladə vəziyyətlər, adətən təyyarələrin qalxışı və enişi zamanı baş verir: “Hər bir uçuşun kritik olan 11 dəqiqəlik dövrü var. Bu vaxt havaya qalxdıqdan sonra 3 dəqiqə və enişdən əvvəl olan səkkiz dəqiqəlik dövrdür. Bu müddət ərzində bütün ekipaj və sərnişinlər əqli və fiziki cəhətdən hazır olmalıdırlar. Fövqəladə vəziyyət havaya qalxdıqdan dərhal sonra və ya uçuş-enmə zolağından çıxana qədər istənilən vaxt baş verə bilər. Bu halda pilot kabinəsindən əvvəlcədən xəbərdarlıq etmədən “Qəzaya hazır olun!” əmrini, bu, mümkün olmadıqda, təhlükəsizlik kəmərinin xəbərdaredici işıqlarnıı “on-of-on” vəziyyətinə gətirərək sərnişin və heyətə “Zərbəyə hazırlıqlı olun!” əmrini verir.
“Təhlükə”, “Önə əyilin”', “Dizlərinizi tutun”
Rəmzi Sızan bildirib ki, zərbəyə hazırlıq əmri verilən kimi bütün sərnişinlər dizlərini tutaraq və ya qollarını çarpazlaşdırmaqla başlarını təhlükəsiz vəziyyətə gətirməlidirlər: “Bu əmr təyyarə tamamilə dayanana qədər davam edir. Onlar daha sonra kabinədən evakuasiya əmrinin gəlməsini gözləməlidirlər və təxliyəyə ehtiyac yoxdursa, öz yerlərində qalmalıdırlar”.
O bildirib ki, sərnişinlər təyyarəyə gələndə, ilk növbədə, mümkün fövqəladə hallar - xüsusilə gecə uçuşu, elektrik enerjisinin kəsilməsi, kabinədə yanğın və ya tüstülənmə zamanı ən yaxın çıxışa çatmaq üçün neçə addım lazım olduğunu müəyyən etməlidirlər: “Ağır əl yükləri evakuasiyaya mane ola biləcəyi üçün ayağın altına qoyulmamalıdır.
Ağır və zədələnmiş əl yükləri heç vaxt üst şkaflara qoyulmamalı və mümkün olduqda yükə göndərilməlidir.
Kabin heyəti tərəfindən verilən bütün təlimatlar çox diqqətlə izlənməli və dinlənmlidir.
Təyyarəyə aid təhlükəsizlik kartları yoxlanılmalı və hansı çıxışların ən yaxın olduğu dəqiqləşdirilməlidir. Təcili çıxış pəncərələrini və qapılarını necə açmağı öyrənmək vacibdir.
Təhlükəsizlik kəmərinin xəbərdaredici işıqları yandıqda, sərnişinlərə təhlükəsizlik kəmərlərini bel səviyyəsində bağlamağı, onları bir neçə dəfə açıb-bağlamağı məşq etməyi tövsiyə edirik”.
Professor vurğulayıb ki, körpələri olan sərnişinlər onlar üçün xilasetmə jilet və kəmər tələb etməli, kəmərləri açıb-bağlama qaydalarını öyrənməlidirlər. Körpələrin ayaqları dəhliz tərəfə tutulmalı, başları isə ana tərəfindən qorunmalıdır: “Hər bir sərnişin öz xilasedici jiletinin yerində olub-olmadığını yoxlamalıdır.
Fövqəladə çıxışda oturacaq sərnişinlər təcili çıxış təlimatlarını hərtərəfli öyrənməli, şifahi rəy bildirməli və bu keyfiyyətlərə malik deyillərsə, oturacaqlarının dəyişdirilməsini tələb etməlidirlər.
Hər uçuş və eniş zamanı sərnişinlər geyimlərindən iti əşyaları çıxarmalı, oturacaqlarının ciblərinə qoymalı, yaxalarını və qalstuklarını açmalıdırlar.
Pəncərələrin yanında və ya qanaddan yuxarı çıxışların yaxınlığında oturan sərnişinlər çöldə hər hansı qeyri-adi və ya şübhəli hal müşahidə edərlərsə, dərhal ən yaxın ekipaja məlumat verməlidirlər.
Oturacaq masaları bağlanmalıdır, əgər onları bağlamaq mümkün deyilsə, yer dərhal dəyişdirimləidir.
Xüsusilə təcili çıxışlardakı monitorların söndürülməsinə diqqət yetirilməlidir.
Uçuş zamanı turbulentlik baş verdikdə, ayaq üstə və ya tualetdə olan sərnişinlər dərhal öz oturacaqlarına qayıtmalı və təhlükəsizlik kəmərlərini bağlamalıdırlar.
Gecə uçuşları zamanı hər hansı evakuasiya zamanı sərnişinlərin gözlərinin xarici şəraitə alışması üçün mümkün olduqca parlaq oxu işıqlarından istifadə etməmələrini tövsiyə edirik”.
Aygün