Close

23:01
26 Dekabr 2024

Samir Rzayev: “Təyyarədə texniki nasazlıq olmayıb”

“Təyyarədə texniki nasazlıq olmayıb”.

TNS xəbər verir ki, bunu AZAL prezidenti Samir Rzayev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

“Təyyarə 2024-cü ilin oktyabrında tam təmirdən çıxıb və daim yoxlanılıb. Pilotlarımız 15 saatdan çox uçuş təcrübəsi olan pilotlar idi. Çox möhkəm təyyarə bələdçilərimiz olub. Təəssüf ki, iki pilotumuzu və bir təyyarə bələdçimizi itirdik. Amma onlar vəzifələrini qəhrəmancasına yerinə yetirdiyinə görə, 29 nəfər sağ qalıb”, - AZAL prezidenti vurğulayıb.