Close

23:01
26 Dekabr 2024

Baş konsul: "Qəzada 26 Azərbaycan vətəndaşı həlak olub"

Bildiyiniz kimi, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub.

TNS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.

"Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri də ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək", - səfir qeyd edib.