Close

10:12
26 Dekabr 2024
00:11
26 Dekabr 2024

Sabah saat 12:00-da sükut olacaq

Sabah saat 12:00-da ölkə ərazisində 1 dəqiqəlik sükut olacaq.

TNS xəbər verir ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükutla qəzada həyatını itirənlərin xatirəsi anılacaq. Matəm günü ilə əlaqədar dövlət bayraqları endiriləcək, həmçinin televiziya və radio proqramlarında əyləncə xarakterli yayımlar dayandırılacaq.

Allah rəhmət eləsin!