Qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağdır
53
21:04 - 25 Dekabr 2024
Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi ölüb.
TNS xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.
“Göyərtədə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Təssüf ki, 38 nəfər ölüb, 29-u sağ qalıb. 5 ekipaj üzvündən 2 nəfər həyatını itirib, 3 nəfər sağ qalıb”, - Karabayev deyib.