Close

09:26
26 Dekabr 2024
00:11
26 Dekabr 2024

İnanılmaz təsadüf – 2005-ci ilin dekabrında Aktauya uçan təyyarə də qəzaya uğramışdı - FOTO

Xəbər verildiyi kimi, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib, daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alıb və Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

TNS xatırladaq ki, tam 19 il əvvəl - 2005-ci il dekabrın 23-də AZAL-ın daha bir təyyarəsi qəzaya uğrayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 22:27-də havaya qalxan, Bakı-Aktau marşrutu üzrə hərəkət edən “AN-140” tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra aeroportdan 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə çırpılıb. Təyyarədə olan 18 sərnişin, 5 ekipaj ölüb. Həlak olanların 15 nəfəri Azərbaycan, digərləri Qazaxıstan, Avstraliya, İngiltərə, Türkiyə və Gürcüstan vətəndaşları olub.

azal-2005