“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır”
“Gürcüstanda gürcü xalqına qarşı hibrid müharibə aparılır”.
Bunu TNS-ə millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tral Gəncəliyev deyib.
O bildirib ki, hazırkı Prezident Salome Zirabişvili və Avropa İttifaqına meylli qüvvələr Qərbin dəstəyi ilə hakimiyyəti nə yolla olursa, olsun, əllərində saxlamaq istəyirlər: “Onlar Gürcüstanın yeni seçilmiş Prezidentinə və parlamentinə qarşı müharibə aparırlar. Aydın məsələdir ki, burada əsas rolu Avropa İttifaqı və Fransa oynayır. Zurabişvili həm də Fransa vətəndaşıdır. Zurabişvilinin missiyası Gürcüstanı Avropa İttifaqının forpostuna, onun Qafqazda məkrli siyasətini, geosiyasi planlarını həyata keçirəcək meydana çevirməkdir. Çünki Gürcüstan bu prosesdə çox önəmlidir. Avropa İttifaqı Cənubi Qafqazda böyük geosiyasi planlarını həyata keçirmək, Ermənistanda daxaos yaratmaq istəyir. Amma İttifaqın bu xaotik vəziyyəti təkcə Ermənistan üzərindən yaratma imkanları məhduddur. Çünki regionun ən güclü ölkəsi olan Azərbaycan Avropa İttifaqına Ermənistan üzərindən məkrli siyasət qurmasına imkan vermir. Ona görə də, Avropa İttifaqı Gürcüstanda da xaos yaratmaq istəyir. Bu qurum Ermənistan və Gürcüstan üzərindən planlarını reallaşdıraraq, Qafqazda söz sahibi olmaq niyyətindədir. ABŞ Prezidenti Cozef Bayden də yanvarın 20-də hakimiyyəti təhvil verənə qədər Gürcüstan və Ermənistanda qarışıqlıq yaratmağa çalışır. Bütün bu hadisələr təsadüfi deyil, Zurabişvilinin Avropa İttifaqındqan aldığı tapşırıqlardır”.