Ekstrasens: “Əsədin ailəsi dağılacaq, Suriyaya qaytarılmasına o qərar verəcək"
Suriyada devrilən Bəşər Əsədin bundan sonrakı taleyi necə olacaq?
Ekstrasens Zirəddin Rzayev TNS-in bu barədə suallarını cavablandırıb.
Ekstrasens bildirib ki, Rusiya Bəşər Əsədin arxasında dayanacaq: "Amma beynəlxalq hüquq var. Bu çərçivədə onun təhvil veilməsi tələbi qoyulsa, Rusiyanın hansı addım atacağı məlum deyil. O vaxt Türkiyə terrorçu Fətullah Gülənin qaytarılması ilə bağlı ABŞ-yə müraciət etdi, rəsmi xəbərdarlıq göndərildi. Amma ABŞ Türkiyənin tələblərinə əməl etmədi, terrorçunu qaytarmadı. Bununla beynəlxalq hüququ pozdu. İndi Ruisya necə davranacaq, hələ məlum deyil.
Gəlin, tarixə nəzər salaq. Tarix bizə Səddam Hüseynin və Qəddafinin nə hala düşdüklərini göstərdi. Bir neçə gündür, Suriyada "Əsədin zindanı" deyilən həbsxanalarla bağlı görüntüləri, məlumatları izləyirəm. Məhz o həbsxanalara, orada həyatı məhv olan insanlara görə, Bəşər Əsədi cinayət məsuliyyətinə cəlb etmək, öldürmək, edam etmək istəyirlər. O vaxtlar İraqda ABŞ-nin "Əbu-Qureyb" həbsxanası vardı. Orada amerikan əsgərlər iraqlı hərbçilərə elə işgəncələr verirdilər ki, sözün əsl mənasında dəhşət idi. Həmin hərbçilərin cinsi orqanlarını elektrikə qoşurdular, başlarına torba keçirirdilər. Eyni zamanda müəyyən seksual zorakılıqlara məruz qoyurdular. Amerikan əsgərləri "Əbu-Qureyb"də müsəlmanların boğazlarına xalta salıb, it kimi oynadırdılar. Hərbçiləri üst-üstə yığıb sanki bir təpənin üstündə dururlarmış kimi dəhşətli işgəncələr verirdilər. Amma çox təəssüf ki, Corc Buşun əsgərlərinin etdiyi bu vəhşiliklərə görə cinayətə cəlb olunmasını tələb edən olmadı. Bu, "Əbu-Qureyb"də baş verən cinayətlərin cavabsız qalmasıdır".
Zirəddin Rzayev Bəşər Əsədin ölkəsinə qayıtmaq barədə qərarı özünün verəcəyini deyib: "Əsədin təslim olmasına özü qərar verəcək. Hansısa gücün tətbiq olunaraq onun Rusiyadan aparılmasını mümkünsüz sayıram. Amma dediyim kimi, beynalxalq təzyiqlərrin nəticəsini bilmək olmaz”.
Ekstrasens Bəşəd Əsədin ailəsinin dağılacağını bildirib: “Onların rəsmi olaraq ayrılacaqlarını görürəm. Əsədlə həyat yoldaşı boşanacaqlar”.
Ayşən Azadova