Sülh müqaviləsində razılaşdırılmayan maddələr açıqlandı
Uzun müddətdir, Ermənistanla Azərbaycan arasında 17 maddədən ibarət sülh müqaviləsi layihəsinin əksər hissəsinin razılaşdırıldığı bildirilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bu gün jurnalistlərə açıqlamasında artıq 15 maddə üzrə razılıq əldə edildiyini deyib. Nazir əlavə edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.
Maraqlıdır ki, həmin 2 maddə hansılardır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu TNS-in bu barədə sualına cavabında bildirilib ki, həmin maddələr rəsmi açıqlanmasa da, təxmin etmək çətin deyil: “Bunlar Ermənistanda konstitusiya dəyişikliyi üçün referendum keçirilməsi və ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır.
Məlumdur ki, Ermənistan konstitusiyasında və digər aktlarda Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələr var. Sülh müqaviləsinin imzalanması üçün bunların dəyişdirilməsi vacibdir”.