Close

13:01
26 Dekabr 2024

Türkiyəli diplomat ATƏT-in Baş katibi oldu – Hansı dəyişikliklər gözlənilir?

Xəbər verdiyimiz kimi, Türkiyənin keçmiş xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni Baş katibi olub.

Bu təyinatın Türk dünyası üçün önəmi nədir?

Mövzu ilə bağlı TNS-ə danışan deputat Hikmət Məmmədov deyib ki, Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlunun ATƏT-in yeni Baş katibi seçilməsi qardaş ölkənin olduqca təcrübəli diplomatiyası üçün mühüm bir hadisədir.

Deputat qeyd edib ki, onun fəaliyyəti ilə xüsusən, regional münasibətlərdə yeniliklər mərhələsinə qədəm qoyula bilər:  “Feridun Sinirlioğlu regionun demokratik inkişafı ilə bağlı kifayət qədər məlumatlıdır. O, Türkiyə və Azərbaycanın ATƏT institutları ilə əlaqələrə nə qədər önəm verdiyindən xəbərdardır. Bu vaxta qədər bəzi hallarda regiona qarşı münasibətlərdə, ATƏT-in məlumatsızlıqdan və ya digər səbəblərdən sərgilədiyi davranışlarında fərqli yanaşmalar görə bilərik. Ona görə də bu, müsbət bir hal kimi dəyərləndirilməlidir”.

Ayşən Azadova