Bir gündə üç güclü partlayış - "Bu, artıq təhülükənin olduğunu göstərir"
Ötən gün yaşayış evlərində baş verən partlayışlar qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməyin nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev TNS-ə bildirib ki, istər çoxmənzilli yaşayış binalarında, istər fərdi yaşayış evlərində təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır: “Əgər evdə qaz təchizatı varsa, bu, artıq evdə bir təhülükənin olması deməkdir. Demək ki, qaz təsərrüfatı təhlükəsiz şəkildə istismar olunmalıdır. İstismar zamanı təhlükəsilik məsələsinə mütləq ciddi yanaşmaq lazımdır. Məlumdur ki, qazın fiziki-kimyəvi xassəsi yanmaya-partlamaya meyillidir. Eyni zamada, düzgün istismar olunmadqıda dəm qazına səbəb olur. Göründüyü kimi, özündə kifayət qədər çox təhlükə ehtiva edir. Ona görə də qazdan istifadə zamanı mütləq davranış qaydalarına, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır”.
Mütəxəssis qeyd edib ki, ilk növbədə qaz cihazına layihədən kənar hər hansı müdaxilə birmənalı şəkildə yolverilməzdir: “Təmişlik işləri, dəyişklik yalnız ixtisaslaşmış müəssisə tərəfindən görülməlidir. Evdə qaz cihazının yerini dəyişmək, qeyri-metal borularla qaz xətti çəkmək yolverilməzdir. Qaz cihazı olan yerdə mütləq qaz sızması və dəm qazı əleyinə detektor olmalıdır. Detektor olanda sızma zamanı klapan bağlanır və təchizat dayanır. Belə olan halda, insanlar sızmanın yarada biləcəyi fəsadlardan qorunmuş olur. Bu, qanunvericilikdə də təsbit olunub ki, qaz təchizatı olan fərdi yaşayış evlərində həm qaz sızması, həm dəm qazı əleyhinə detektor olmalıdır. Bundan başqa, evə daxil olarkən qaz iyinin olub-olmadığına əmin olduqdan sonra işıqlar yandırılımalı, yaxud məişət cihazı elektrik cərəyanına qoşulmalıdır. Qaz qoxusu varsa, işığı yandırmaq yolverilməzdir. Qaz cihazını nəzarətsiz qoymaq olmaz. Əgər ev tərk olunursa, cihazı mütləq bağlamaq lazımdır. Bunlar ilkin elementar təhlükəsizlik qaydalarıdır ki, partlayışılar və yanğınların baş verməməsi üçün əməl olunması vacibdir”.
Aygün