Close

14:51
26 Noyabr 2024

Xameneinin yerinə kim keçəcək? – Yeni rəhbər bunları etməsə...

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin səhhətinin pisləşməsindən sonra onun yerinə kimin gələcəyi barədə müxtəlif ehtimallar səslənir.

Xameneinin varisi kim ola bilər?

Politoloq Fərhad Məmmədov mövzu ilə bağlı TNS-ə bildirib ki, Xamenei vəfat edərsə, ölkənin Üləmalar Məclisi yeni Ali Rəhbəri seçəcək: "Hazırda bu vəzifəyə seçiləcək şəxslə bağlı müxtəlif versiyalar irəli sürülür. Əli Xameneinin oğlu Müctəba Xameneinin də adı hallanır.

Deyim ki, yeni lider Xameneinin səlahiyyətlərinə yiyələnə bilər, amma ölkəni təkbaşına idarə etmək onun atacağı addımlardan asılıdır. Çünki ölkədə əks qütblərdə duran qrupların hamısını ələ almaq, özünə tabe etmək o qədər də asan deyil. Bunun üçün müəyyən vaxt və təcrübə lazımdır”.

Ayşən Azadova